Qara görə "Şahdağ"ın oyunu təxirə salınacaq? - FOTOLAR

13:51 29 Yanvar 2017

Məlum olduğu kimi son günlərdə ölkə ərazisində qarlı hava şəraiti hökm sürür.

 

Sportarena.az xəbər verir ki, havanın belə olması stadionların durumunu da təsirsiz ötüşmür. Meydançalar qarın altında qalır. Yağıntının fasiləsiz davam etməsi isə vəziyyəti daha da qəlizləşdirir. Qarlı havanın daha bir neçə gün davam edəcəyini nəzərə alsaq, vəziyyətin daha da qəlizləşəcəyini söyləmək olar.

 

 

 

Şövkət Orduxanov adına Qusar şəhər stadionu da qara bürünüb. "Şahdağ" ev oyunlarını keçirdiyi stadionda səhər məşqinə çıxsa da, meydanın qarlı olmasına görə topsuz çalışmalara üstünlük verilib. Klubun mətbuat katibi Xanbaba Daşdının saytımıza verdiyi məlumata görə, sabah AFFA nümayəndələri stadiona baxış keçirəcəklər. Ölkənin ali futbol qurumunun nümayəndələri təftişdən sonra Birinci divizionun 14-cü turu çərçivəsində Qusarda keçirilməli olan "Şahdağ" - "Zaqatala" matçıyla bağlı qərar qəbul edəcəklər. Klub rəsmisi matçın təxirə salınacağını ehtimal edir.

 

 

 

Qeyd edək ki, əlverişsiz hava şəraiti bütün ölkə ərazisi üzrə davam etdiyindən Birinci divizionun digər futbol matçlarınından təxirə salınma ehtimalı var.


Xəbər xətti