Ronaldinyo: "Heç vaxt məşqçi olmayacam" - AÇIQLAMA

16:17 29 Yanvar 2017

Məhşur futbolçu Ronaldinyo Fransa mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, "sambaçı" heç vaxt məşqçi işləməyəcəyini bildirib:

 

"Oyunu 90 dəqiqə izləyə bilmirəm, çox həyəcanlanıram. Matçların ən yaxşı epizodlarına və qollara baxmağı sevirəm. Kənardan oyun izləməyə səbrim çatmır. Həmin vaxt meydanda olmağı üstün tuturam. Buna görə də heç vaxt məşqçi olmayacam".


Digər xəbərlər

Xəbər xətti