"Qarabağ"dan qəribə addım - "Neftçi"yə icazə verilmədi

16:47 29 Yanvar 2017

Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində "Nefçi"ni qəbul edəcək "Qarabağ" maraqlı addım atıb.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu qış transfer pəncərəsi zamanı bu komandadan "ağ-qaralar"a keçən Namiq Ələsgərovun meydana çıxmasına icazə verməyib. Az öncə komandaların start heyətləri açıqlanıb və sözügedən oyunçunun adı paytaxt klubu tərəfindən iştirak ərizəsinə belə salınmayıb.

 

Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxladıq. O, səhhətinə görə bu gün işə getmədiyindən məsələdən xəbərsiz olduğunu söylədi.


Xəbər xətti