"Mən buna hazıram" - Subotiç - AÇIQLAMA

10:26 30 Yanvar 2017

"Qəbələ" müqavilə imzaladığı Daniel Subotiçə rəsmi "Facebook" vasitəsi ilə "hazırsanmı" sualı ünvanlayıb.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı hücumçu bu suala cavabında bunları bildirib:

 

“Bura geri qayıtdığım üçün xoşbəxtəm. "Qəbələ” ilə bağlı çoxlu xoş xatirələrim və bu klubda qazandığım uğurlar var. Yenidən bu cür böyük klubda oynamaq imkanı əldə etdim. İndi “Qəbələ” ilə çempion olmaq vaxtıdır. Mən buna hazıram”.

 

Qeyd edək ki, "Qəbələ" Subotiçlə bu mövsümün sonuna kimi müqavilə imzalayıb.


Digər xəbərlər

Xəbər xətti