"Bilsəydik, Azərbaycana getməzdik" - "Bursaspor"un prezidenti - AÇIQLAMA

11:58 30 Yanvar 2017

"Bursaspor"un prezidenti Ali Ay maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Türkiyə mətbuatına açıqlama verən Ay Azərbaycan millisinin baş məşçisi Robert Prosineçki ilə danışıqlar apardıqlarına görək peşman olduğunu bildirib:

 

"Robert Prosineçki ilə danışıqlarımız uğurlu gedirdi. Amma sonradan hadisələr biz istəyən məcrada cərəyan etmədi. Klub rəsmiləri xoş niyyətlə Azərbaycana getdilər və Prosineçkinin meneceri ilə görüşdülər. İlk danışıq zamanı təzminatla bağlı heç nə deyilmədi. Bu məsələ gündəmə də gəlmədi. Belə bir problemlə qarşılaşacağımızı bilsəydik, Azərbaycana getməzdik. Təzminat məsələsi son gündə ortaya çıxdı və təmsilçilərimiz dərhal Türkiyəyə qayıtdılar”.


Xəbər xətti