"Şahdağ"dan 11 futbolçu göndərildi

12:35 30 Yanvar 2017

Qış fasiləsində Qusarda keçirən "Şahdağ"da dəyişikliklər davam edir.
 
 
Sportarena.az xəbər verir ki, transfer pəncərəsinin bağlanmasına az müddət qalmış bir neçə futbolçu ilə yollar ayrılmışdı. Dünə isə daha 11 futbolçu komandadan göndərilib.
 
 
Belə ki, qapıçılar Tofiq Şəfiyevlə Adil Əliməmmədov, müdafiəçilər Seyedaydın Hosseini, Uçe Çukunyere, yarımmüdafiəçilər Masoud Nami, Sunny Patrick, Elmin İsmayılzadə, Magomedsaid Magomedov, Xəyal Qocayev, hücumçular Seymur Aşurbəyov və Viktor Emenayodu. Görünür yeni baş məşqçi Kamran Əlibabayev komandada köklü dəyişikliklərə böyük ehtiyac duyub. 
 
 
Qeyd edək ki, son günlərdə aparıcı futbolçulardan sayılan Kamil Nurəhmədov, Vüqar Əlibabyev (hər ikisi "Mil-Muğan") Haqverdi Həsənov ("Qaradağ Lökbatan") və Sərxan Ağayev ("Şəmkir") də Qusar təmsilçisini tərk edib.


Digər xəbərlər

Xəbər xətti