Runi mükafatlandırıldı - FOTO

13:47 30 Yanvar 2017

"Mançester Yunayted"in futbolçusu Ueyn Runi İngiltərə Kubokunun 1/16 final mərhələsi çərçivəsində keçirilən "Uiqan" ilə oyundan (4:0) öncə mükafatlandırılıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb onun klubun tarixində 250 qol vurmaqla ən sərrast futbolçu statusunu qazanmasıdı. Ona simvolik "Qızıl buts" təqdim olunub. Bu mükafat təcrübəli hücumçuya "qırmızı şeytanlar"ın canlı əfsanəsi Bobbi Çarlton tərəfindən təqdim olunub.

 

Qeyd edək ki, Runi məhz Çarltonu geri qoymaqla bu uğura nail olub. Ser Bobbi MY-nin heyətində 249 dəfə fərqlənməklə uzun müddət bu siyahıya başçılıq edib.

 


Digər xəbərlər

Xəbər xətti