"Xəzər Lənkəran"ın keçmiş futbolçusu "Qəbələ"də

13:23 30 Yanvar 2017

Milli komandamızın sabiq üzvü Rasim Ramaldanovun "Qəbələ"yə keçidi rəsmiləşib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. Ramaldanov Azərbaycanda “Simurq” (2008-2013), “Xəzər Lənkəran” (2013-2015) və “Sumqayıt”da (2016) çıxış edib. 

 

Gürcüstanda legioner həyatı yaşayan Ramaldanovun son klubu ötən il formasını geyindiyi “Kolxeti” olub. 2012-ci ildə Azərbaycan milli komandasında debüt edən futbolçu ölkəmizin əsas yığmasında 17 oyun keçirib.


Xəbər xətti