Maksim Medvedev: “Qarabağ” hər zaman riskli futbol oynayır" - MÜSAHİBƏ

14:05 30 Yanvar 2017

Azərbaycan Premyer Liqasının 15-ci turunda baş tutan "Qarabağ" - "Neftçi" matçında qalib müəyyənləşməyib (1:1).

 

Sportarena.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın vəmillimizin üzü Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb:

 

 

- Oyun haqqında nə deyə bilərsiz?

- Fasilədən sonrakı ilk oyunlar həmişə çətin olur. Təlim-məşq toplanışından qayıtmışıq, oyuna yaxşı əhval-ruhiyyədə hazırlaşmışdıq. Gördüyünüz kimi, "Neftçi" heyətini yaxşı futbolçularla gücləndirib. Həqiqətən də rəqib bizi yaxşı analiz etmişdi, layiqli mübarizə apardılar. Baxmayaraq ki, heç-heçə oynadıq, bundan sonrakı bütün oyunlarımızda qələbə qazanmağa çalışacağıq.



- Buraxdığınız qolda Qara Qarayevin səhvi oldu. Bu, sizin üçün gözlənilməz olmadı?

- Futbolda hər şey ola bilər. “Qarabağ” hər zaman riskli futbol oynayır. Matçın hansı meydanda keçirilməsinin fərqi yoxdu. Həmin epizod zamanı Qara meydançadan çəkindi və daha dəqiq ötürmə vermək istəyirdi. Top isə düz Cavidin önünə düşdü. Nəticədə hesab açıldı. Bu da bir dərsdi. Yəqin ki, gələn oyunlarda fərqli qərar qəbul edəcək.
 

 

- "Neftçi" daha istəkli görünürdü…

- Bəli, hiss olunurdu. Görünür, oyundan öncə yaxşı motivasiyaları olub.
 

 

- Bəs “Qarabağ”da?

- Bizdə də motivasiya var idi. Komandamız həmişə 1 nömrə kimi oynayıb, bu gün də belə oynamağa çalışdıq. Nəzərə almaq lazımdı ki, komandamız hələ də tonusda deyil. Komanda 1-2 turdan sonra öz formasını bərpa edəcək və rəqiblərinə qarşı əvvəl necə oynayırdısa, bundan sonra da elə davam etməyə çalışacaq. Bu gün bizdə bəzi şeylər alınmadı. Almeydanın yoxluğunu da qeyd edək. Yarımmüdafiə xəttində onun yoxluğunu hiss etdik.
 

 

- Almeydanı “Qarabağ”ın “beyni” adlandırmaq olarmı?

- Almeyda “Qarabağ” üçün böyük bir fiqurdu. O, meydanda olanda, komandamız başqa cür futbol oynayır. Ancaq Almeyda yoxdusa, demək olmaz ki, onun yerində oynayan futbolçu zəif oynadı. Sadəcə, oyun stilimiz bir qədər dəyişilmişdi. Bu oyunda komandamızın Almeydaya ehtiyacı var idi.
 

 

- Ağabala gəldi, Reynaldo getdi. Səncə, bu dəyişiklikdə kim udacaq?

- Kimin udub, kimin uduzduğunu deyə bilmərəm. Nəzərə almaq lazımdır ki, Reynaldo son vaxtlar tez-tez zədələnirdi. Hətta Avropa Liqasında cəmi 1-2 oyunda bizə kömək edə bildi. “Fiorentina” ilə onun meydanda olduğunu xatırlayıram. Ağabala da komandamız üçün təzə "qandı".
 

 

- Yeni “qan”ın hərəkəti bu günkü oyunda hiss olunurdumu?

- Əlbəttə. İkinci hissədə rəqibin iki futbolçusuna sarı vərəqə qazanırdı. Eləcə də çoxlu top qazanmaları ilə yadda qaldı. Belə davam etsə, komanda üçün önəmli futbolçuya çevrilə biləcək.
 

 

- Amma Ağabala daha çoix simulyasiya ilə yadda qalır. Məşq zamanı da belədi?

- Məşqdə də belədi, tez-tez yıxılır, futbolçularla zarafata mübahisə edir. Sadəcə, məşqdə sarı vərəqə olmur. Bu cür oyunçular olur ki, üstünlük qazanır.


Xəbər xətti