Samir Abasovun yubiley oyunu

15:51 30 Yanvar 2017

Azərbaycan Premyer Liqasının 15-ci turu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov üçün əlamətdar olub.

 

Sportarena.az PFL-ə istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis “Gənclik şəhəri” təmsilçisini 50-ci dəfə rəsmi matça çıxarıb. Bu yubiley “Qəbələ” ilə səfər görüşünə təsadüf edib. 1:1 hesablı heç-heçə Abasovun baş məşqçi kimi 14-cü bərabərliyi olub. “Sumqayıt” onun rəhbərliyi altında 15 qələbə qazanıb və 21 dəfə məğlubiyyətə uğrayıb. Baş məşqçi 58 vurulan və 77 buraxılan qola şahidlik edib. Ötən mövsümün 7 çempionat oyunundan sonra bu posta təyin olunan çalışdırıcı Premyer Liqada 44, kubokda 6 dəfə iş başında olub.

 

Abasovun “Sumqayıt”ın baş məşqçisi kimi ilk oyunu 2015-ci il oktyabrın 18-də gerçəkləşib. “İnter”lə ev görüşü də yubiley matçı kimi 1:1 hesabı ilə nəticələnib.


Digər xəbərlər

Xəbər xətti