Nizami Hacıyev "İnter"in tarixinə düşdü

16:11 30 Yanvar 2017

Bakının “İnter” klubu Azərbaycan Premyer Liqasında yubiley qolunu vurub. 15-ci turun “Kəpəz”lə ev oyununda 4:1 hesablı qələbə qazanan paytaxt təmsilçisinin 1-ci qolu yubiley əhəmiyyətli olub.

 

Sportarena.az xəbər veri ki, komandasının bərabərlik qoluna 45+2-ci dəqiqədə imza atan Nizami Hacıyev “İnter”in Azərbaycan çempionatlarında 650-ci topunun müəllifi olub. Bakılılar buna Premyer Liqadakı 476-cı matçında nail olub.

 

Bu qarşılaşmalarda 244-cü qələbəsini əldə edən komanda qol sayını 653-ə çatdırıb. “İnter”in orta məhsuldarlığı 1,37-yə bərabərdi. Paytaxt klubunun 653 qolundan 366-sı evdə, 287-si səfərdə vurulub.

 

Klubun ilk qolu 1999-cu il noyabrın 7-nə təsadüf edib. “Xəzər Universiteti” adı ilə çıxış edən komanda 1999/2000 mövsümünün 2-ci turunda “Neftçi”yə 2:3 hesabı ilə uduzub. Samir Ələkbərovun 37-ci dəqiqədəki qolu indi “İnter” adlanan klubun tarixində ilk top kimi tarixə düşüb.

 

“İnter” Azərbaycan çempionatlarındakı qol sayında 5-ci göstəriciyə malikdi. Yalnız 4 komanda - “Neftçi”, “Qarabağ”, “Kəpəz” və “Turan” daha çox fərqlənib.


Xəbər xətti