Beynəlxalq Bank bu dəfə federasiyadan imtina etdi

18:28 30 Yanvar 2017

Azərbaycan Beynəlxalq Bankı (ABB) daha bir idman qurumu ilə əməkdaşlığı dayandırıb.
 
 
Sportarena.az xəbər verir ki, bu, Azərbaycan Milli Karate Federasiyasıdır. Bank baş sponsoru olduğu federasiya ilə müqavilə müddətini artırmayıb.
 
 
AMKF-in I vitse-prezidenti Rəhman Həsənov "Report"a açıqlamasında bildirib ki, sponsorluğun davam etdirilməsi ilə bağlı onlara heç bir rəsmi məlumat verilməyib: "Hələ cavab gözləyirik. Baş sponsor yanvarın 1-dən maliyyə vəsaiti ayırmır. İdmançılarımız Fransada keçirilən I Premyer Liqa yarışına da Gənclər və İdman Nazirliyinin hesabına yollanıb".
 
 
Bankın mətbuat xidmətindən "Report"a tərəflər arasındakı müqavilə müddətinin 2016-cı il dekabrın 31-də başa çatdığı və yeni müqavilənin imzalanmadığı bildirilib:
 
"Bu, ABB-nin sağlamlaşdırılması çərçivəsində atılan addımlardan biridir".
 
 
Qeyd edək ki, yanvarın 27-də ABB-nin İdarə Heyəti "İnter” Peşəkar İdman Klubuna da sponsorluğun dayandırılmasına qərar verildiyini açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti