Rəşad Sadıqov PRO kursunda

11:59 31 Yanvar 2017

Bu il aprelin 24-dən etibarən Bakı şəhərində AFFA tərəfindən UEFA-nın növbəti  "Pro" kateqoriyalı məşqçi kursu keçiriləcək.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, kurs 6 moduldan ibarət olacaq və 2018-ci ildə başa çatacaq. Kursda aşağıda adları qeyd olunan məşqçilər iştirak edəcək:

 

Elşad Əhmədov, Samir Abasov, Rəşad Sadıqov, Elçin Rəhmanov, Mick Bennett, Siyasət Əsgərov, Baba Əsgərov, Zaur Həşimov, Ramin Quliyev, Vüqar Məmməd, Mahmud Qurbanov

 

Qeyd edək ki, PRO lizensiyası alan şəxslərə təkcə ölkə daxilində deyil, Avropada da klubları çalışdırmaq hüququ verilir.


Xəbər xətti