"Palmali"dən fotoşop məsələsinə rəsmi münasibət - AÇIQLAMA + FOTOLAR

15:47 31 Yanvar 2017

"Xəzər Lənkəran"ın fəxri prezidenti, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun ABŞ-a səfəri və bu ölkənin yeni prezidenti Donald Trampın inaqurasiya mərasimində iştirak etməsi gündəmdən düşmək bilmir.

 

Sportarena.az xəbər verir ki, Türkiyə mətbuatı da Mənsumovun səfərinə biganə qalmayıb. Həmkarlarımız "Armatör iş adamı Mansimov Beyaz saray`da" başlıqlı yazı dərc edib. Yazıda şirkət rəhbərinin Trampın and içmə mərasimində iştirakı və onunla münasibətləri barədə məlumat verilib. Eyni zamanda, iş adamının uğurlu karyerasına və hədəflərinə toxunulub.

 

Son günlər isə bir sıra mətbu orqanlarda və sosial şəbəkələrdə Mübariz Mənsimovun Donald Trampla yayılan şəkillərinin fotoşop olmasıyla bağlı məlumatlar dolaşmağa başlayıb. Məsələ ilə bağlı "Palmali" şirkətlər qrupu ilə əlaqə saxladıq. Şirkət baş verənlərlə bağlı rəsmi mövqeyini Sportarena.az-a bildirdi. Açıqlamanı olduğu kimi təqdim edirik:

 

"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov ABŞ-ın yeni prezidenti Donald Trampın inaqurasiya mərasimində həqiqətən iştirak edib. Bununla bağlı görüşü əks etdirən fotolar saytlara ötürülərkən, elektron ünvana səhvən sosial şəbəkədə bəzi şəxslərin sevgidən doğan hisslərdən hazırlanan iki montaj fotosu da yüklənib. Baş verən anlaşılmazlıq sırf texniki səhv olub. Ümid edirik ki, hər kəs bunu bu formada qəbul edər".

 


Digər xəbərlər

Xəbər xətti