Məmmədyarov 11-ci, Rəcəbov 35-ci

Sportarena.az      31 Yanvar 2018, 16:23

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. 

 

Sportarena.az xəbər verir ki, 100 ən güclü arasında 5 şahmatçımız yer alıb. Ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova (2766) məxsusdu. Ötən ayla müqayisədə 2 pillə irəliləyən "Şah" 11-ci yerə yüksəlib. Teymur Rəcəbov (2710) isə 35-ci pillədə yer alıb. Rauf Məmmədov (2688) 53-cü (+1), Eltac Səfərli (2680) isə 60-cı (-5) pillədə qərarlaşıb. Milliləşdirilmiş yeganə legionerimiz Arkadi Naydiç (2702) bir pillə geriləyərək, 42-ci yerə enib.


Reytinq siyahısına yenə Maqnus Karlsen (Norveç, 2838) başçılıq edir. Fabiano Karuananın (ABŞ, 2827) 2-ci olduğu cədvəldə Uelsli Soya (ABŞ, 2822) 3-cü pillədə qərarlaşıb. Vladimir Kramnik (Rusiya, 2811) isə bu dəfə ilk üçlükdən kənarda qalıb.

 

Qadınların cədvəlində ən güclülər arasında Azərbaycan təmsilçilərindən yenə Gülnar Məmmədova yer alıb. 2 pillə irəliləyən həmyerlimiz 2401 reytinq xalı ilə 62-ci pillədədi. Bu siyahıya isə çinli Yifan Hou (2651) başçılıq edir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin