"Sumqayıt"da iki itki

17:28 31 Yanvar 2017

Azərbaycan Premyer Liqasının 2-ci yarısına 1 xalla başlayan "Sumqayıt" növbəti tur üçün məşqlərini davam etdirir.

 

Sportarena.az xəbər verir ki, "kimyaçılar" bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında "İnter"lə oyunun hazırlığı üçün Sumqayıt şəhər stadionunda növbəti məşqini keçirib. Daha çox taktiki gedişlər üzərində çalışan komanda məşqin sonunu ikitərəfli oyunla yekunlaşdırıb.

 

Bərpa prosesi keçən Mikayıl Rəhimov və zədəli olan Vaquf Güləliyev hazırlığa qatılmayıb. 


Digər xəbərlər

Xəbər xətti