Hakim stadionda quyuya düşdü - FOTO

18:46 31 Yanvar 2017

İsrail çempionatında maraqlı məqam yaşanıb.

 

Sportarena.az xəbər verir ki, "Hapoel" (Beer Şiva) və "Makkabi"nin (Hayfa) 19 yaşlılardan ibarət komandalarının qarşıllaşdığı matçında 4-cü hakim meydançanın kənarında qazılmış və ağzı açıq qalmış quyunun qurbanı olub. 

 

Oyunun başlamasını saniyələr qalmış 4-cü hakim üzərinin qapadılması unudulan çuxura düşərək zədələnib. Dərhal tibbi personal olaya müdaxilə edib. Bir müddət meydançanın kənarında müalicə olunan hakim oyuna çıxa bilməyib. Diz qapağında çat aşkarlanan referi xəstəxanaya aparılaraq orada müalicəsi davam etdirildi.

 


Digər xəbərlər

Xəbər xətti