Qətər - Azərbaycan matçının saatı və yeri açıqlandı

11:53 1 Fevral 2017

Qətər və Azərbaycan milli komandaları arasında martın 9-da keçiriləcək yoldaşlıq oyununun başlama saatı və stadionu müəyyənləşib.


 
Sportarena.az xəbər verir ki, Doha şəhərindəki Şeyx Cassim ibn Hamad adına stadionda oynanılacaq matç yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlanacaq.

 

Qeyd edək ki, Şeyx Cassim ibn Hamad adına stadion 15 min azarkeş tutumuna malikdir. 


Xəbər xətti