Millimizin Almaniya ilə oyunun biletləri satışa çıxarıldı

12:10 1 Fevral 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində yığmamızın Almaniya ilə keçirəcəyi matçın biletləri satışa çıxıb.
 
 
Sportarena.az xəbər verir ki, azarkeşlər bugündən etibarən biletləri kassalardan ala və ya www.tickets.affa.az saytından online əldə edə bilər. Biletlər "28 Mall” Ticarət Mərkəzindən, Sahil metrosunun yaxınlığında yerləşən Bakcell Müştəri Xidmətləridən və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satılacaq.
 

Qeyd edək ki, Azərbaycan - Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyunun start fiti saat 20.00-da səsləndiriləcək.


Digər xəbərlər

Xəbər xətti