"Azərbaycan millisi ilə qarşılaşmaq bizim üçün önəmlidir" - Qətərin baş məşqçisi - AÇIQLAMA

13:21 1 Fevral 2017

Qətər millisinin baş məşqçisi Xorxe Fossati yığmamızla keçiriləcək beynəlxalq yoldaşlıq oyunu haqda danışıb.

 

Sportarena.az xəbər verir ki, yerli mətbuata açıqlama verən uruqvaylı mütəxəssis millimizlə oyunun çətin olacağını bildirib:

 

“Rəqibimiz bizimlə müqayisədə fiziki oyuna üstünlük verən komandadır. Ona görə də bizi çətin oyun gözləyir. İran və Özbəkistana qarşı rəsmi oyunlardan öncə Azərbaycan millisi ilə qarşılaşmaq bizim üçün önəmlidir”.

 

Qeyd edək ki, martın 9-da Doha şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Xəbər xətti