Venger istədi, "Arsenal" təklif göndərdi

13:37 1 Fevral 2017

“Arsenal” Dortmund “Borussiya”sının hücumçusu Marko Roysla maraqlanır.

 

Sportarena.az xəbər verir ki, “Arsenal”ın baş məşqçisi Arsen Venger futbolçunun yayda transfer edilməsini rəhbərlikdən tələb edib.

 

Fransız mütəxəssisin istəyini nəzərə alan “topçular” “Borussiya”ya rəsmi təklif də göndərib. “Arsenal” Dortmund klubuna 60 milyon avro təklif edib. Futbolçunun özünə isə illik 13 milyon avro məvacib vəd edilib.


Digər xəbərlər

Xəbər xətti