UEFA-nın "feyr-pley" siyahısı - Azərbaycanlı azarkeşlər ikinci oldu

14:18 1 Fevral 2017

UEFA Azərbaycanlı futbol azarkeşlərini qitənin ən alicənabları sırasında fərqləndirib.
 

Sportarena.az xəbər verir ki, UEFA 2015-ci ilin mayından 2016-cı ilin iyununa qədər öz bayrağı altında keçirilən yarışlarda azarkeşlərin davranışını qiymətləndirib. "Feyr-pley"ə ən yaxşı riayət edən azarkeşlər siyahısında Estoniya, İslandiya, Norveç və Uels önə çıxıb.
 

Azərbaycanlı azarkeşlər isə ötən mövsümlərin müqayisəsində fərqlənənlərin siyahısnda 2-ci yerə çıxıb. Bizim azarkeşlərin "feyr-pley"ə uyğun davranışları ötən illərlə müqayisədə xeyli yaxşılaşıb və Azərbaycan bu göstəriciyə görə Belarusiyadan sonra gəlir.


Digər xəbərlər

Xəbər xətti