Obameyanq: "Real"da oynamaq arzusundayam" - AÇIQLAMA

14:37 1 Fevral 2017

"Borussiya"nın (Dortmund) futbolçusu Pyer-Emerik Obameyanq maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, qabonlu forvard gələn yay başqa kluba keçəcəyini istisna etməyib. O, Madridə köçmək istəyini də gizlətməyib:

 

"Yeni səviyyəyə çıxmaq üçün yayda klubumu dəyişməliyəm. Əvvəlki kimi "Real"da oynamaq arzusundayam. Amma bu mövzu ətrafında çox səs-küy var. Vacib seçim etməliyəm. Çoxları məni İngiltərədə görmək istəyir. Buna baxmayaraq Premyer Liqa məni o qədər də cəzb etmir. La Liqanı bəyənirəm. Paris də məni özünə çəkir. Fransız dili əsas danışdığım dildir".

 

Qeyd edək ki, ötən yay Obameyanqın "Real" və PSG klublarının maraq dairəsində olduğu deyilirdi. Onun 2016/17 mövsümünün sonunda "Borussia"dan getmək üçün klub rəhbərliyi ilə razılığa gəldiyi barədə xəbərlər də yayılmışdı.


Digər xəbərlər

Xəbər xətti