Sportarena.az
17 Oktyabr 2017

Mübariz Mənsimov fotoşopdan danışdı - AÇIQLAMA

12 Punto 14 Punto 16 Punto 18 Punto
"Palmali" şirkətlər qrupunun rəhbəri və "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov ABŞ prezidenti Donald Trampla birgə fotoşoplu şəkillərinin yayılmasına münasibət bildirib. 
 
 
Sportarena.az xəbər verir ki, mövzu ilə əlaqədar "Deniz Xəbər Agentliyinə" açıqlama verən iş adamı Mubariz Mənsimov Trampla münasibətlərindən də danışıb:
 
 
 
"Mənim Facebook-da şəxsi hesabım yoxdur. Yalnız şirkətimiz adına açılmış bir dənə rəsmi hesab var. Mənim adıma açılmış onlarla saxta hesab var. ABŞ prezidenti Trampla fotoşoplu şəkilim saxta hesablardan birində paylaşılıb. Azərbaycanda bir iki mətbuat bu xəbərləri saxta hesablardan götürüb və yayımlayıb. Daha sonra şəkillərin fotoşoplu olduğunu ifadə edərək məni tənqid ediblər. ABŞ-ın hörmətli prezidenti Donald Trampla tanışıq. Onun prezident seçilməsindən sonra 20 Yanvar 2017-ci il tarixində baş tutan mərasimdə iştirak etdik. Daha sonra Konqres Mərkəzində verilən qəbula qatıldım. Burada hörmətli prezident Trampla görüşmək imkanım oldu. Türkiyə və Azərbaycan haqqında qısa bir söhbətimiz olub. Hətta ona ABŞ-da ofis açacağımızı ifadə etdim".
 
 
Facebook-da olan profillərlə əlaqəsi olmadığını və onların saxta olduğunu söyləyən iş adamı haqqında yalan yazan mətbu orqanları məhkəməyə verəcəyini bildirib. 
Tarix
01.02.17 [14:57]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

17 Oktyabr
16 Oktyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio