Lənkəranda seçmə mərhələ yarışı başa çatdı

15:16 1 Fevral 2017

Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 1-ci seçmə mərhələsi davam edir.

 

Sportarena.az xəbər verir ki, atletlər artıq Lənkərandakı yarışı da arxaya qoyublar. Burada 29-30 yanvar tarixlərində Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı təmsil edən ağırlıqqaldıranlar körpücük üzərinə çıxıblar. Ümumilikdə 200-ə yaxın atlet Lənkərandakı iki yarış günündə medal üçün qüvvəsini sınayıb.


Yarışların təşkilində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

 

Fevralın 1-2-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.


Digər xəbərlər

Xəbər xətti