Norveçin yeni baş məşqçisi bəlli oldu

16:21 1 Fevral 2017

DÇ-2018-in seçmə mərhələsində yığmamızla eyni qrupda yer alan Norveç millisinin yeni baş məşqçisi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, komandanı Lars Leqerbek çalışdıracaq. İsveçli mütəxəssislə yaxın günlərdə müqavilə imzalanacaq. 68 yaşlı məşqçi bu vəzifədə Per-Matias Hoqmonu əvəzləyəcək.
 

 

Qeyd edək ki, Leqerbek son  olaraq İslandiya millisini çalışdırıb. Onun komandası Avro-2016-da sürprizə imza ataraq 1/4 finala qədər irəliləyib.


Digər xəbərlər

Xəbər xətti