"Qəbələ" iki futbolçu sifariş etdi

17:15 1 Fevral 2017

"Qəbələ" Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün ikinci yarısı üçün PFL-ə yeni transferlərini sifariş edib.

 

Sportarena.az PFL-ə istinadən xəbər verir ki, yeni transferlər olan Rasim Ramaldanov və Daniel Subotiçin adı "qırmızı-qaralar"ın iştirak ərizəsində yer alıb.
 

Subotiç “Qəbələ”də 31, Ramaldanov isə 5 nömrəli forma ilə çıxış edəcək. Millimizin keçmiş üzvü və isveçrəli forvard fevralın 3-də “Neftçi”ylə keçiriləcək çempionat matçında baş məşqçi Roman Qriqorçukun ixtiyarında olacaq.


Digər xəbərlər

Xəbər xətti