Premyer Liqanın iki oyunun yeri dəyişdirildi

18:10 1 Fevral 2017

Ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının 16-cı turunda bəzi dəyişikliklər edib.
 

Sportarena.az xəbər verir ki, turun “Kəpəz” - “Zirə” görüşü Gəncə şəhər stadionunun durumu ilə əlaqədar olaraq Zirə İdman Kompleksində baş tutacaq. Dördüncü dövrənin “Zirə” - “Kəpəz” oyunu “Kəpəz” - “Zirə” görüşü kimi qeydə alınacaq.

 

"Neftçi” - “Qəbələ” görüşü əvvəlcədən nəzərdə tutulduğu kimi 8-ci kilometr qəsəbə stadionunda deyil, Qəbələ şəhər stadionunda reallaşacaq. Bu komandalar arasında dördüncü dövrədə baş tutacaq oyunu isə  “Neftçi” - “Qəbələ” oyunu kimi qeydə alınacaq.


Xəbər xətti