Əliyar Ağayev UEFA-nın kursunda hamını qabaqladı

12:26 2 Fevral 2017

İspaniyanın Malaqa şəhərində UEFA-nın hakimlər üçün təşkil etdiyi toplanış davam edir.

 

Sportarena.az xəbər verir ki, bu toplanışda Azərbaycanı iki hakim təmsil edir. Əliyar Ağayev top-referilərlə bir düşərgədə yer alıbsa, bu yaxınlarda FIFA referisi adını qazanmış Ömər Paşayev nisbətən təcrübəsizlərin qrupundadı.

 

Həmin kurslar zamanı həmyerlimiz Əliyar Ağayev fərqlənməyi bacarıb. Belə ki, top-referilər arasında keçirilən fiziki testlər zamanı Əliyarın nəticəsi ən yüksək olub və azərbaycanlı hakim hamını qabaqlayıb. Bu uğur sayəsində onun yazsa mötəbər oyunlara təyinat alacağı şübhəsizdi.

 

Ömər Paşayev də həm ingilis dili sınaqlarından, həm də fiziki testlərdən uğurla keçib.


Digər xəbərlər

Xəbər xətti