"Neftçi" sonuncu transferini reallaşdırdı

13:18 2 Fevral 2017

“Neftçi” qış transfer dönəmində sonuncu transferini həyata keçirib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. "Ağ-qaralar" ispaniyalı hücumçu Daniel Seqoviya ilə ilyarım müddətinə müqavilə bağlayıb. O, 12 nömrəli formanı geyinəcək.

 

Sonuncu klubu “Sankt-Pyolten”də (Avstriya) 66 oyunda meydana çıxmış futbolçu 29 qola imza atıb. 31 yaşlı hücumçu bunadək isə İspaniyanın “Rayo Valekano”, “Fuenlabrada”, “Alxesiras”, “Real Saraqosa” B, “Atletiko Pinto”, “Konkense”, “Atletiko Baleares”, Fransanın “Olimpik Marsel” B, Avstriyanın “Admira Vakker” və “Volfsberger” klublarında çıxış edib.


Xəbər xətti