Rəşad Sadıqova "Qarabağ"da vəzifə verildi

13:36 2 Fevral 2017

UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vuran Rəşad Sadıqov bu mövsümün əvvəlindən “Qarabağ”ın U-19 komandasını çalışdırır.

 

Sportarena.az xəbər verir ki, Sadıqov klubda məşqçilik fəaliyyətinə başladığı gündən digər yaş qruplarında olan komandalara da köməklik göstərir, onlarla yaxından maraqlanır.

 

Qurban Qurbanov akademiyada işin keyfiyyətini artırmaq üçün Rəşad Sadıqova yeni iş həvalə eləyib. Belə ki, bundan sonra Sadıqov U-19-da baş məşqçi olmaqla yanaşı, U-17,U-16 və U-15 komandalarına cavabdeh olacaq və klubda koordinator vəzifəsində çalışacaq. Məşqçilərin fəaliyyətinə, seleksiya işlərinə və digər məsələlərə sorumlu məhz Rəşad Sadıqov olacaq.

 

Qeyd edək ki, Rəşad Sadıqov bu il aprelin 24-dən etibarən UEFA-nın PRO kateqoriyalı məşqçi kurslarına qatılacaq. (Sportal.az)


Digər xəbərlər

Xəbər xətti