Elxan Məmmədov 80 yaşlı veteranı təbrik etdi

13:53 2 Fevral 2017

Futbol veteranı, SSRİ idman ustası, əməkdar məşqçi, “Sumqayıt” klubunun Müşahidə Şurasının üzvü Telman Salahovun 80 yaşı tamam olur.

 

Sportarena.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında baş katib Exan Məmmədov veteran futbolçu ilə görüşüb, əlamətdar yubileyi münasibətilə onu qurumun rəhbərliyi adından təbrik edib. Baş katib üzərində “T.Salahov 80” yazılmış Azərbaycan milli komandasının futbolkasını yubilyara təqdim edib.

 

Veteran futbolçu göstərilən diqqətə görə AFFA-ya minnətdarlığını bildirib.


Digər xəbərlər

Xəbər xətti