"Qəbələ"də 3 ciddi itki

15:40 2 Fevral 2017

Azərbaycan Premyer Liqasının 16-cı turunda "Neftçi" ilə qarşılaşacaq "Qəbələ" sözügedən qarşılaşmaya ciddi itkilərlər çıxacaq.

 

Sportarena.az xəbər verir ki, Ruslan Qurbanov sarı vərəqə limitini doldurduğundan bakılılarla matçı buraxacaq. Bundan başqa dizindən ciddi zədə alan Rafael Santosun da "ağ-qaralar"a qarşı iştirak etməyəcəyi dəqiqdi. Braziliyalı əməliyyat olunmaq üçün İtaliyaya yollanıb.

 

Komandanın digər itkisi isə Asif Məmmədovdu. Yarımmüdafiəçi ötən günlərdə kor bağırsağından əməliyyat olunub. O, bir müddət məşqlərdən kənar qalacaq.

 

Qeyd edək ki, "Qəbələ" - "Neftçi"  matçı fevralın 3-də, saat 17:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti