UEFA klublara və federasiyalara pul ödədi

15:58 2 Fevral 2017

UEFA AÇ-2016-nın seçmə mərhələsi və final mərhələsində çıxış edən futbolçulara görə 54 ölkənin federasiyalarına 150 milyon avro ödəyib. 
 
 
Sportarena.az xəbər verir ki, bu məbləğin 2/3 hissəsi - 100 milyon avrosu final mərhələsində  çıxış edən futbolçuların klublarına çatıbsa, qalan 50 milyon isə seçmə mərhələdə çıxış etmiş milli komandalar arasında bölüşdürülüb.
 
 
Qeyd edək ki, futbolçulara görə ödənilən məbləğ AÇ-2012 ilə müqayisədə 50 faiz - 50 milyon avro artıb.
 


Xəbər xətti