"Kəpəz" azarkeşlərə müraciət etdi - Satılan biletlərlə bağlı

16:18 2 Fevral 2017

"Kəpəz" klubu "Zirə"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının 16-cu tur matçı ilə əlaqədar azarkeşlərə müraciət edib.
 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, müraciətdə oyunun qarlı hava şəraiti səbəbindən Gəncədə baş tutmayacağı xatırlanıb. Halbuki bu matç üçün həftənin əvvəlindən satışa çıxarılmış müəyyən sayda bilet artıq alınıb.

 

”Kəpəz” rəhbərliyi narahatlığa əsas görmür və bilet alanların diqqətinə çatdırır ki, həmin biletlər çempionatın növbəti ev oyunu üçün keçərli olacaq. Başqa sözlə, azarkeşlər Premyer Liqanın 18-ci turu çərçivəsində fevralın 12-də keçiriləcək "Kəpəz” – "Qarabağ” oyununda stadiona həmin biletlərlə daxil ola bilərlər. Bilet alan hər bir azarkeşdən bunu nəzərə almaları xahiş edilir.

 

Qeyd edək ki, Peşəkar Futbol Liqası bu oyunun Zirədə keçirilməsinə qərar verib. Əvəzində Premyer Liqanın 4-cü dövrəsinin "Zirə” – "Kəpəz” oyunu "Kəpəz” – "Zirə” görüşü kimi qeydə alınacaq.


Digər xəbərlər

Xəbər xətti