UEFA klublarımızın hesabına 935 min avro köçürdü

17:02 2 Fevral 2017

UEFA=nın AÇ-2016-nın seçmə və final mərhələsində iştirak edən futbolçuların klublarına və federasiyaların maliyyə vəsaiti ayırdığı barədə xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, qurumun saytı vasitəsilə ödənilən məbləğləri açıqlayıb. UEFA-nın ödəniş etdiyi 641 klubdan 9-u Azərbaycan təmsilçiləridi.

 

Klublarımızdan ən çox "Qarabağ" qazanıb - 365 645 avro. Siyahıda 152 806 avroyla "Qəbələ" ikinci, "Neftçi" isə 128 899 avroyla üçüncüdür. UEFA-nın vəsait yolladığı klublar arasında əsas komandası fəaliyyətini donduran "Xəzər Lənkəran"la (120 583 avro) yanaşı "İnter" (112 713 avro), "Sumqayıt" (24 948 avro), "Kəpəz" (16 632 avro), "Zirə" (8 316 avro), və AZAL da var (4 606 avro).


Qeyd edək ki, ümumilikdə 9 kluba ayrılan pulun ümumi həcmi 935 152 avro təşkil edir.


Xəbər xətti