"Real"da iki futbolçu sıraya döndü

18:56 2 Fevral 2017

"Real"ın futbolçuları - yarımmüdafiəçi Xames Rodriqes və müdafiəçi Pepe zədələrini sağaldıblar.

 

Sportarena.az xəbər verir ki, sözügedən oyunçular bu gün etibarən komandanın ümumi məşqlərinə qoşulublar. Onlar İspaniya La Liqasının 20-ci turu çərçivəsində fevralın 5-də keçiriləcək "Selta" ilə səfər oyununda iştirak edə biləcəklər.

 

Qeyd edək ki, Qaret Beyl, Luka Modriç və Dani Karvaxalın zədələri davam edir.

 


Digər xəbərlər

Xəbər xətti