Ronaldinyo "Barselona"ya qayıdır

10:59 3 Fevral 2017

Ronaldinyo yenidən “Barselona”ya qayıdıb. 

 

Sportarena.az xəbər verir ki, braziliyalı futbolçu Kataloniya klubunun səfiri təyin edilib. O, qarşıdakı illərdə müxtəlif tədbirlərdə “Barselona”nı təmsil edəcək. Sabah əməkdaşlıqla bağlı tərəflər müqavilə imzalayacaqlar. Tədbir “Nou Kamp” stadionunda keçiriləcək. 

 

 

Qeyd edək ki, 2003-2008-ci illər aralığında Ronaldinyo “Barselona”nın formasını geyib.


Xəbər xətti