"Yuventus" yeni müdafiəçiylə anlaşdı

11:20 3 Fevral 2017

"Yuventus" heyətini yeni müdafiəçi ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Turin təmsilçisi Braziliyanın “San Paolo” klubunun mərkəz müdafiəçisi Lyanko Voynoviçi heyətinə cəlb edib. İtaliya mətbuatında yer alan məlumata görə, 20 yaşlı futbolçu mövsümün sonunda "qoca sinyora"ya qoşulacaq. 

 

Lyankonun babası Yovan Voynoviç 2-ci dünya müharibəsi zamanı keçmiş Yuqoslaviyadan Braziliyaya köçüb. Gənc müdafiəçi də Cənubi Amerikada anadan olub.

 


Digər xəbərlər

Xəbər xətti