"Mançester Siti" qapıçı alır

11:57 3 Fevral 2017

“Mançester Siti” yayda qapıçısı Klaudio Bravo ilə yollarını ayıracaq.

Sportarena.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. İngilis həmkarlarımızın yazdığına görə, “şəhərlilər” artıq çilili qolkiperi kiminlə əvəzləyəcəyini də müəyyənləşdirib. Mançester təmsilçisi Bravonun yerinə “Benfika”nın qapıçısı Edersonu transfer etməyi planlaşdırır. İngilislər 23 yaşlı qolkiper üçün 30 milyon ödəməyə hazırdı.


Xəbər xətti