"Barselona" "Real"ın futbolçusuna göz dikib

14:07 3 Fevral 2017

"Barselona" əzəli rəqibi "Real"ın futbolçusu ilə maraqlanır.

 

Sportarena.az xəbər verir ki, söhbət İskodan gedir. Bu barədə "As" nəşri məlumat yayıb. Katalon klubunun idman direktoru Robert Fernandezin uzun zamandır yarımmüdafiəçini izləyir. "Barsa" ispaniyalı yarımmüdafiəçinin "Real"la yeni müqavilə imzalamayacağına ümid edir.

 

Madridlilərin baş məşqçisi Zinəddin Zidan sözügedən futbolçunun komandada qalmasını istəyir. Klub rəhbərliyi də ona 2018-ci ilin yayına kimi nəzərdə tutulmuş yeni müqavilə təklif etmək fikrindədir. İsko isə müqaviləsini yeniləməyə tələsmir.


Digər xəbərlər

Xəbər xətti