"Qarabağ"da növbəti itki - Oyunu yarımçıq tərk etdi - FOTO

15:56 3 Fevral 2017

Azərbaycan Premyer Liqasının 16-cı turunda AZAL-ın qonağı olan "Qarabağ" oyun zamanı itkiylə üzləşib

.

Sportarena.az xəbər verir ki, “köhlən atlar”ın yarımmüdafiəçisi Dani Kintana sıradan çıxıb. Qarşılaşmanın 20-ci dəqiqəsində orta sahədə zədə alan ispaniyalı futbolçu üçün meydana dərhal həkimlər çağırılıb. İlkin tibbi müayinədən sonra o, xərəklə meydandan çıxarılıb. Mübarizəni davam etdirə bilməyən Kintananı Əfran İsmayılovla əvəzləyib.

 

 

Kintananın diz bağlarında problem yarandığı bildirilir. İlkin ehtimala görə, futbolçu uzun müddətə sıradan çıxıb.

 

Qeyd edək ki, oyundan öncə Rəşad Sadıqovun da zədələndiyi məlum olmuşdu.


Xəbər xətti