Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

16:18 3 Fevral 2017

AFFA 2019-cu ildə keçiriləcək UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyununun təşkili ilə bağlı namizədliyini irəli sürüb.
 

Sportarena.az xəbər verir ki, ölkənin ali futbol qurumu saytı vasitəsilə məlumat yayıb. AFFA UEFA-ya müraciətində qeyd olunan turnirlərin həlledici qarşılaşmasının keçirilməsi üçün Bakı Olimpiya Stadionunu təklif edib.

 

Hər iki oyunun keçirilməsi üçün namizədliyi irəli sürmüş stadionlar aşağıda adları qeyd olunanlardır:

 

UEFA Çempionlar Liqası

Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu
İspaniya – Madrid – Estadio Metropolitano ("Atletiko" - yeni mövsümdən istifadəyə veriləcək)
 
 

UEFA Avropa Liqası
Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu
Gürcüstan – Tbilisi – Dinamo Arena ("Dinamo" Tblisi)
Almaniya – Frankfurt – Frankfurt stadionu ("Ayntraxt")
Almaniya – Ştutqart – Arena Ştuttqart ("Ştuttqart")
Şotlandiya – Qlazqo – Hampden Park ("Reyncers")
İspaniya – Sevilya - Estadio Ramon Sanchez Pizjuan ("Sevilya")
Türkiyə - İstanbul – Beşiktaş Arena ("Beşiktaş")


 
UEFA-nın İcraiyyə Komitəsi hər iki turnirin final oyununun keçiriləcəyi stadionlarla bağlı qərarı bu ilin sentyabr ayında qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti