Qriqorçuk həmyerlisi ilə mübahisə etdi, tribunaya göndərildi

19:23 3 Fevral 2017

Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən “Qəbələ” - "Neftçi" matçının (1:0) son dəqiqələrində qalmaqal yaşanıb.

 

Sportarena.az xəbər verir ki, ev sahiblərinin ukraynalı baş məşqçisi Roman Qriqorçuk "ağ-qaralar"da məşqç kimi çalışan, həmyerlisi Aleksandr Deriberin ilə mübahisə etdiyi üçün tribunaya göndərilib. Deriberin də eyni cəzaya məruz qalıb.

 

Mübahisə bir neçə dəqiqə çəkib. Oyunun baş hakimi tərəfləri sakitləşdirmək və onları tribunaya yollamaq üçün xeyli əziyyət çəkib.

 

Qeyd edək ki,Qriqorçuk bu mövsüm Premyer Liqada ikinci dəfə eyni cəzaya məruz qalıb.

 


Xəbər xətti