"Oyundan sonra eşitdim ki, ofsayd var idi" - Qriqorçuk - MÜSAHİBƏ

19:48 3 Fevral 2017

“Subotiç yaxşı, qol vuran hücumçu olduğunu sübut etdi. Əlinə düşən tək imkandan maksimum faydalandı”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. Premyer Liqanın 16-cı turu çərçivəsində “Neftçi”ni qəbul edən “qırmızı-qaralar” 1:0 hesabı ilə qələbə qazanıblar. Oyundan sonra baş tutan mətbuat konfransında Qriqorçuk nəticəni şərh edib:

 

“Bir müddət öncə bizim hücumçuları tənqid etdim. Amma onları tənqid etməklə yanaşı, həm də dəstəkləyirəm. Hücumçular uzun müddət qol vura bilməyəndə psixoloji cəhətdən çətin vəziyyətlə üzləşirlər. Bilirəm ki, vurulan 1 qol vəziyyəti dəyişir”.

 

 

- Bele davam etsə, “Qəbələ”də ən çox qırmızı vərəqə alan siz olacaqsız...

- Sakitləşdirici rekord deyil. Amma rekord rekorddu. Çox gülməli və təəccübləndirici haldı. Mən oyun epizodlarından birinə öz reaksiyamı bildirdim. Bu zaman rəqibin ehtiyat oyunçuların skamyasından bir nəfər mənə qışqırmağa başladı. Ona cavab verəndə isə hakim məni texniki zonadan uzaqlaşdırdı. Heç o adamı tanımıram, bilmirəm ki, məşqçi idi, ya kim idi? Düzdü, bəzən öz səhvimə görə texniki zonadan uzaqlaşdırılmışam. Amma budəfəki vəziyyət fərqli idi.

 

 

- “Qəbələ”nin vurduğu qolda ofsayd var idi. Epizodla bağlı nə deyə bilərsiz?

- Epizoda baxmamışam. Düzdü, oyundan sonra eşitdim ki, qol zamanı ofsayd var idi. Biz hakimlərimin səhvləri sayəsində qələbə qazanmağı və məğlub olmağı istəmirik. İstəyirik ki, təmiz oyunlar getsin. Epizoda baxandan sonra tam dəqiqliyi ilə fikrimi səsləndirə bilərəm.

 

 

- Son vaxtlar “Qəbələ” ilə “Qarabağ” arasında sanki soyuq müharibə gedir. Bununla bağlı da fikirlərinizi bilmək maraqlı olardı...

- Bu barədə çox danışmaq istəmirəm, öz fikrimi artıq bildirmişəm. İstəyirəm ki, biz məşqçilər öz işimizlə məşğul olaq. Qurban Qurbanova, eləcə də, Elxan Abdullayevə hörmətim böyükdü. “Neftçi” güclənib, yaxşı komandadı. Görünən odu ki, çempionatda rəqabət artıb. Aramızda düzgün, ədalətli mübarizə getməlidi. 10 hakim səhvindən sonra çempion olanda deyəcəklər ki, sən hakimlərin sayəsində çempion oldun. Heç kim bunu istəməz. (Apasport)


Digər xəbərlər

Xəbər xətti