Vaqif Cavadov və Ramil Şeydayev "Arsenal" yolunda

11:29 4 Fevral 2017

Rusiyanın “Arsenal” (Tula) iki azərbaycanlı futbolçuyla maraqlanır.

 

Sportarena.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlardan biri “Trabzonspor”un üzvü Ramil Şeydayev, digəri isə azad agent statusuna sahib olan Vaqif Cavadovdur. Hər iki futbolçuyla danışıqlar aparılır.

 

Qeyd edək ki, “Arsenal” Premyer Liqada 17 turdan sonra 12 xalla 15-ci pillədə qərarlaşıb. 16 komandanın iştirakıyla keçirilən Rusiya çempionatında qış fasiləsidi və transfer pəncərəsi fevralın 25-dək açıq olacaq.


Digər xəbərlər

Xəbər xətti