Lippert Pro kursunun iştirakçıları ilə görüşdü

13:44 4 Fevral 2017

AFFA-nın inzibati binasında Texniki direktor Bernhard Lippert Bakıda təşkil olunacaq UEFA-nın Pro kateqoriyalı məşqçi kursunda iştirak edəcək məşqçilərlə görüş keçirib.

 

Sportarena.az xəbər verir ki, görüşdə kursla bağlı ətraflı məlumat verilib.

 

Qeyd edək ki, bu il aprelin 24-dən etibarən başlayacaq UEFA-nın növbəti  "Pro" kateqoriyalı məşqçi kursu 6 moduldan ibarət olacaq və 2018-ci ildə başa çatacaq.


Xəbər xətti