"Xəmsə" "Kəpəz"i boykot etdi - Bəyanat

15:29 4 Fevral 2017

"Kəpəz" azarkeşləri komandanı boykot edib.
 
Sportarena.az xəbər verir ki, "Xəmsə" fan-klubu sosial şəbəkədə bəyanat yayıb. Azarkeşlərin bu addım atmağa vadar edən səbəb təkcə komandanın çıxışı deyil. Onlar klub rəhbərliyinin fəaliyyətindən də narazıdılar.
 
Həmin bəyanatı olduğu kimi təqdim edirik:
 
"İllərdir ki, "Kəpəz"in hər addımında yanında olub onu dəstəksiz qoymayan "Xəmsə" müstəqil fanat klubu komandanın bərbad çıxışı, Gəncə şəhər stadionunun, idman bazasının yararsız vəziyyətinin aradan qaldırılması istiqamətində klub rəhbərliyi tərəfindən heç bir addımın atılmaması, "Kəpəz"i faktiki olaraq Bakı klubuna çevirməsinə etiraz olaraq komandanın oyunlarını qeyri-müəyyən müddətə boykot edir. Növbəti mərhələlərdə etiraz olaraq başqa addımların da atılması nəzərdə tutulur. Boykotun müddəti, etirazların hansı istiqamətdə aparılması, və ya dayandırılmasına qərar Müşahidəsi Şurasının məsələ ilə bağlı rəsmi açıqlamasından sonra qərar veriləcək". 


Digər xəbərlər

Xəbər xətti