"Komanda məzmunlu futbol sərgilədi" - Zaur Svanadze - MÜSAHİBƏ

19:22 4 Fevral 2017

Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən "Sumqayıt" - "İnter" matçından sonra qonaqların baş məşqçisi Zaur Svanadze mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, 59 yaşlı mütəxəssis yetirmələrindən razı qaldığını bildirib:

 

- Ümumilikdə, uşaqlardan razı qaldım. Hər komanda məzmunlu futbol sərgilədi. Təəssüf ki, son dəqiqələrdə qol buraxıb, 2 xaldan məhrum olduq. Futbolda bu cür hallar olur. Növbəti oyuna hazırlaşacağıq.

 

 

- İki fərqli hissə izlədik. İlk yarıda hücumlarınız uğurlu alınmırdı. Fasilədən sonra isə komandanız aktivləşdi. Bunu rəqibin yorğunluğu, yoxsa Slavik Alxasovun döyüşə atılması ilə əlaqələndirirsiniz?

- Fasilədə uşaqlara artıra biləcəklərini dedim. Tempi ikinci hissədə artırdıq. Slavik də oyuna yaxşı qoşuldu.

 

 

- "Sumqayıt" 6-cı oyundu ki, məğlub olmur. Təcrübəli mütəxəssis kimi, bunu nəylə əlaqələndirərdiniz?

- Məşqçi əliylə. Futbolçuları sonadək mübarizə aparır. Bu vəhdət də faydasını verir.

 

 

- Ağabala Ramazanovun gedişindən sonra cinahdakı aktivlik azalıb. Bu da Rauf Əliyev üçün boş zonaların yaranmasında problem yaradır. Forvardınızı "öz boşqabına" qaytarmaq üçün hansısa təblər var?

- Fikrinizlə ancaq qismən razılaşıram. Çünki Əliyev qış fasiləsindən sonrakı 2 oyunda 2 qola imza atıb. Əlbəttə, səhvlər olur. Ancaq Rauf bütün oyunlarda döyüşür. (Futbolinfo)


Digər xəbərlər

Xəbər xətti