"Əlimi oyundan üzmüşdüm" - Samir Abasov - MÜSAHİBƏ

19:31 4 Fevral 2017

Azərbaycan Premyer Liqasının 1-cı turu çərçivəsində keçirilən "Sumqayıt" - "İnter" matçından sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, 39 yaşlı mütəxəssis heç-heçəyə üzüldüyünü gizlətmədi.

 

- Maraqlı oyun izlədik. "İnter"lə oynamaq bizə həmişə çətin olur. Etiraf edim ki, heç-heçəyə görə sevinmirəm. Bərabərliklərlə uzağa getmək olmaz.

 

 

- Nəticəni məntiqli sayırsız?

- Nəticə ədalətlidi. Sadəcə, evdə oynadığımızdan, istəyirdik qalib gələk.

 

 

- Səmimi deyin, 1:2-dən sonra oyunun getdiyini düşündünüz?

- Etiraf edim ki, əlimi oyundan üzmüşdüm.

 

 

- Deyirsiz maraqlı oyun oldu. Ancaq sürət yox idi axı, oyunda. Siz tapşırmışdız oyunu qurutsunlar, yoxsa futbolçularınız rəqibin ad-sanından çəkindi?

 Razılaşıram. Futbolçulara tempi aşağı salmaq tapşırığı verməmişdim. Çernışovun sürətinə güvənirdim. O da məşqdəki futbolu ortaya qoymadı. Əvəzetmədən oyuna daxil olanlar isə bəlkə də rəqibin adından çəkindi.

 

 

- Fərhad Vəliyevin oyununu şərh edərdiniz...

- Fərhaddan yerdən-göyə qədər razıyam. Oyunda da, paltardəyişmə otağında da, o, komandanın lideridi.


Digər xəbərlər

Xəbər xətti